İsrail rəsmən etiraf etdi

israil-resmen-etiraf-etdi
Oxunma sayı: 6118

İsrailin müdafiə naziri Aviqdor Liberman üzvü olduğu partiyanın təşkil etdiyi mətbuat konfransında ölkəsinin Qəzzaya aid 4 yol izləyəcəyini açıqlayıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, iqtisadiyyatlarının zəif olmasına baxmayaraq “Həmas”ın hələ də raket istehsal edə bildiyini deyən Liberman, əsas prioritetlərinin Qəzzada əsir alınan israilli əsgərləri xilas etmək olduğunu qeyd edib.

O, bununla da İsrail əsgərlərinin əsir olduğunu rəsmi şəkildə elan edib.

Liberman sözlərinə əlavə edib ki, 2018-ci il bitənə qədər “Həmas”ın istifadə etdiyi tunellərin məhv edilməsi planlaşdırılır. Eyni zamanda, Qəzzanın ətrafına divar çəkilməsi nəzərdə tutulub.