İsrail səfiri ön cəbhədə - - Fotolar

İsrail səfiri ön cəbhədə -
Oxunma sayı: 600


“Qafqazinfo” xəbər verir ki, burada keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və Milli Məclisin deputatı  Qənirə Paşayeva qonaqlara Tovuz rayonunun tarixi, əhalisi, mədəniyyəti,  təbiəti,  coğrafi mövqeyi, iqtisadiyyatı, sakinlərin məşğulluğu, turizm potensialı və Ermənistanla sərhəd, ön cəbhə  kəndlərində vəziyyət barədə  barədə məlumat veriblər.

Ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayan səfir İsrailin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

R.Harpaz Tovuz rayonu ilə əsasən kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq məsələlərinə önəm verdiklərini diqqətə çatdırıb.

Həmin gün səfir Rafael Harpaz və digər israilli qonaqlar rayonla tanışlıq çərçivəsində Ermənistan ilə həmsərhəd olan Ağdam kəndində olublar.

Burada kənd sakinləri və Milli Məclisin deputatı Qənirə Paşayeva qonaqlara məlumat veriblər ki, 20 il əvvəl atəşkəs haqqında müqavilə imzalansa da, demək olar ki, ermənilər hər gün atəşkəsi pozur, dinc sakinlər atəşə məruz qalırlar. Millət vəkili Qənirə Paşayeva Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurmaları, insanların neçə illərdir kənd qəbirstanlığını ziyarət etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbirstanlıq salma məcburiyyətində qalmasından, həmin qəbirstanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, kənd insanlarını suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkan verməmələri, payızda otların qurumağa başladığı zaman kəndə yaxın ərazilərə silahlardan ataraq yanğın törətmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verib. Köhnə qəbiristanlıqda qalan “Alı Dədə” ziyarətgahına belə getmək mümkün deyil və Ermənistan silahlı qüvvələri dəfələrlə qəbiristanlığı yandırıb və orada yerləşən tarixi-dini abidələrə ciddi zərər vurublar. Sonra qonaqlar rayon ərazisində ilk yaşayış məskəni olan qədim “Göytəpə” yaşayış məskənini ziyarət ediblər. Səfirə məlumat verilib ki, qədim “Göytəpə” arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür.

Tovuz “Qala” kompleksində olan qonaqlara Azərbaycan tarixini özündə əks etdirən xəritələr göstərilərək geniş məlumatlar verilib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi