İsrail Suriya ordusunun atəş nöqtəsini vurub

israil-suriya-ordusunun-ates-noqtesini-vurub
Oxunma sayı: 924

İsrail qoşunları Suriya ərazisindən buraxılan mərmiyə cavab olaraq atəş açılan əraziyə zərbə vurub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail ordusun mətbuat xidməti məlumat yayıb.

Yerli KİV-in məlumatına görə, cavab zərbəsinin hədəfi Suriya hökumət qoşunlarının mövqeyi olub. Hərbçilərin özləri isə hansı hədəfə doğru atəş açıldığını bildirməyiblər.

Daha əvvəl İsrailin Qonal təpələrində mərminin düşməsi nəticəsində təlafatın olmadığı vurğulanıb. İsrailin açdığı cavab atəşinin nəticələri barədə isə məlumat yoxdur.