İsrail-Suriya sərhədində partlayış

israil-suriya-serhedinde-partlayis
Oxunma sayı: 640


“Qafqazinfo” “Azadlıq” radiosuna istinadən xəbər verir ki, maşını partlayan şəxs Müdafiə Nazirliyi ilə müqavilə əsasında podratçı işləyirmiş.

Partlayış nəticəsində atasının iş yerinə gəlmiş 12 yaşlı oğlan ölüb, daha 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. 

Maşının Suriya tərəfdən açılan atəş nəticəsində, ya da başqa səbəbdən partlaması məlum deyil. İsrail Müdafiə Nazirliyi bildirib ki, partlayışın səbəbləri araşdırılır.