İsrail Suriyanı bombaladı - 11 nəfər ölüb+Yenilənib

israil-suriyani-bombaladi
Oxunma sayı: 1502

İsrail ötən gecə Dəməşqə yerdən və havadan idarə olunan raketlərlə hava zərbələri endirib.

“Qafqazinfo” xəbər verir ki, Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri onların əhəmiyyətli bir hissəsini zərərsizləşdirə bilib. 

“Əl Əxbariyə” dövlət telekanalının məlumatına görə, Suriya HHMQ-ləri onlarla İsrail raketini vurub. Kanal qeyd edir ki, hücum zamanı müxtəlif silah növlərindən istifadə edilib. Raketlər Livanın hava sərhədindən, həmçinin İsrailin Qaliley regionu və Tiveriada gölü ətrafından buraxılıb. 

İsrail ordusu isə yaydığı məlumatda bildirib ki, Qolansk yüksəkliyinə ( Yaxın Şərqdə mübahisəli ərazi. Böyük hissəsi hazırda İsrailin nəzarətindədir, şərq hissəsi isə Suriyanın –red.) raket zərbələri endirməyə cəhd edən Suriyadakı İran obyektlərini hədəf alıblar: 

“Atəş dünən İsrail ərazisindən açılıb. İran İsrail dövlətinə və regional stabilliyə təhlükə yaradaraq yenə açıq şəkildə Suriyadakı hərbi mövcudluğunun əsl məqsədini nümayiş etdirdi.  Cavab atəşinin məqsədi İranın Suriyadakı “Əl Qüds” bölmələrinin obyektləri olub”. 

***

İsrailin Suriyanın paytaxtına endirdiyi hava zərbələrində azı 11 nəfər ölüb. Bu barədə “Jerusalem Post” yazır.