“İsrail terror dövlətidir” - Ərdoğandan sərt açıqlama

israil-terror-dovletidir
Oxunma sayı: 2039

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərənin paytaxtı Londonda türk tələbələrlə görüşdə İsrailin Qəzzada törətdiyi vəhşiliklərə sərt münasibət bildirib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan İsrailin terror dövləti olduğunu və bu gün Qəzzada soyqırım törədildiyini bildirib:

“Bu soyqırımı lənətləyirəm. Bu günün İslam dünyası olaraq Qüdsü itirdiyimiz gün olmasına əsla imkan verməyəcəyik. Fələstinli qardaşlarımızın yanında olacağıq”.

Ərdoğan sağlam düşüncəyə sahib xsristian, musəvi və digər inanclara sahib hər kəsi bu haqsızlığa qarşı hərəkətə keçmələrini istəyib.

Qeyd edək ki, bu gün ABŞ-ın İsrail tərəfindən işğal edilmiş Fələstin torpağı olan Qüdsdə səfirlik açmasına etiraz olaraq Qəzzada minlərlə insan aksiya keçirib. İsrail əsgərlərinin onları gülləbaran etməsi nəticəsində 55 fələstinli şəhid olub, 2771 nəfər isə yaralanıb.