İsrail Türkiyədən üzr istəməyəcək

israil-turkiyeden-uzr-istemeyecek
Oxunma sayı: 632

İsraildə yayımlanan Ordu radiosu xəbər verib ki, bu ölkənin baş naziri Bünyamin Netanyahu “Mavi Marmara” gəmisində həlak olan 9 Türkiyə vətəndaşına görə indiki mərhələdə üzr istəmək niyyətinin olmadığını deyib.
“Qafqazinfo”nun Türkiyə mətbuatından əldə etdiyi məlumata görə, Netanyahu hadisəni araşdıran BMT komissiyasının Palmer hesabatının yayımlanmasını gözləyəcəklərini qeyd edib. Xəbərdə o da bildirilir ki, İsrailin indiki mərhələdə üzr istəməsi Netanyahunun başçılıq etdiyi hökumət koalisiyasının dağılacağı təhlükəsi yarana bilər.
Netanyahu Klintona bu anda ölkədəki etirazları xatırladaraq, belə bir dövrdə yeni bir cəbhə açmağın doğru bulmadığını ifadə edib.