İsraildə bunker-telestudiya hazırlanıb

israilde-bunker-telestudiya-hazirlanib
Oxunma sayı: 649

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən bildirir ki, İsrail telekanallarından biri ölkənin Hayfa şəhərində bunker-studiya yaradıb. Xəbərlərdə İsrail Teleradio Agentliyi (İTA) tərəfindən yaradılan yeraltı studiyanın ölkədə hərbi əməliyyatlar baş verəcəyi təqdirdə telekanalın öz işini davam etdirməsinə imkan verəcəyi bildirilib.

Həmçinin, xəbərlərdə yerin 7 metr altında yerləşən studiyanın divarlarının qalınlığının 30 santimetrə çatdığı qeyd olunub. Bunker-studiyada telekanalın istənilən səviyyədə fəaliyyəti üçün hər cür şərait yaradılıb. İTA-nın Baş direktoru Yoni Ben-Menahem bildirib ki, bu telestudiyadan fövqəladə hallar istifadə ediləcək.

Məlumat üçün bildirək ki, 2006-cı ildə Livanın “Hizbullah” hərəkatının İsrailin Hayfa şəhərini bombardman etdiyi vaxt telekanal fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı.