İsraildə “Eurovision” gərginliyi - Pul çatmır

israilde-eurovision-gerginliyi
Oxunma sayı: 1064

“Eurovision – 2019” mahnı müsabiqəsinin keçiriləcəyi Təl-Əviv Sərgi Mərkəzində dekorasiya qurlaşdırılması dayandırılıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb maliyyə çatışmazlığıdır. Artıq ölkənin ictimai kanalının (KAN) rəhbəri Elad Koblenz 4 nazirliyə yardım üçün məktub ünvalayıb. 

KAN bildirib ki, əslində kanal 4 dövlət qurumu və polis akademiyası ilə əməkdaşlıq edir, lakin əldə olunan gəlirin müəyyən hissəsi nazirliklərə ötürülür.

Bundan əlavə, kanal Təhlükəsizlik Xidməti ilə müqavilənin pozulduğunu da elan edib.  Belə ki, qurum yarışmanın təhlükəsizliyini qorumayacaq.  

Hətta Avropa Yayım Birliyi (EBU) mövzu barədə İsrailin baş naziri Benjamin Netanyahuya müraciət edib. 

EBU qeyd edib ki, layihənin hazırlıqlarında gecikmələr var və bu maliyyə ilə bağlıdır. Həmçinin, məktubda Təl-Əvivdə iştirakçılar və deleqasiya üzvlərinin təhlükəsizliyinin təmin oluması məsələsi də vurğulanıb. 

Eyni zamanda, səhnənin kiçik olması da ölkə deleqasiyalarını hərəkətə keçirib. Belə ki, böyük səhnə üçün nəzərdə tutulan ulduzların xareoqrafiyası dəyişdirilib.