İsraildə “Eurovision”a etiraz edən 6 nəfər saxlanılıb

israilde-eurovisiona-etiraz-eden-6-nefer-saxlanilib
Oxunma sayı: 923

İsrail polisi “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Şabatın (yəhudilərin istirahət günü) pozulmasına etiraz edən ultra-dini yəhudi icmasının 6 nümayəndəsini saxlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, iudaizm ənənələrinə görə şənbə günü hər hansı məhsuldar fəaliyyət qadağan edilsə də, müsabiqənin finalının həmin gün  keçirilməsi etirazlara səbəb olub. 

Saxlanılanlar ictimai asayişi pozmaqda və polisə hücum etməkdə günahlandırılır.

Hücum zamanı 2 polis əməkdaşı yaralanıb.