İsraildə Libermanın yerinə ilk namizəd açıqlandı - Netanyahuya şərt qoyuldu

israilde-libermanin-yerine-ilk-namized-aciqlandi
Oxunma sayı: 1478

Fələstinə hücumun dayandırılması və atəşkəs əldə edilməsinə etiraz edərək istefa verən İsrail müdafiə naziri Aviqdor Libermanın yerinə ilk namizəd məlum olub.

“Qafqazinfo” “Dunyabulteni.com”a istinadən xəbər verir ki, Yəhud Evi Partiyası öz liderləri Naftali Bennetti bu post üçün namizəd elan edib.

Partiyanın deputatı Şuli Moale bildirib ki, hazırda təhsil naziri olan Bennett müdafiə naziri təyin edilməzsə koalisiya hökumətindən çıxacaqlar.

Yəhudi Evi partiyası İsrail parlamentində (Knesset) 8 mandata sahibdir və 6 partiyalı koalisiya hökumətinin ən önəmli müttəfiqlərindən biri hesab edilir.

Qeyd edək ki, radikalçı sağçı olan Bennett Qərbi Şəriədə müstəqil Fələstin dövlətinin qurulmasına qarşı çıxan siyasətçilərdəndir. O, “İndiyə qədər çox sayda ərəb öldürdüm. Bununla bağlı heç bir problem yoxdur” sözləri ilə də xatırlanır.