İsraildə qarşıdurma - Bir nəfər yaralandı

israilde-qarsidurma
Oxunma sayı: 634

Şərqi Qüdsdə İsrail əsgərləri ilə baş verən qarşıdurma nəticəsində bir fələstinli ağır yaralanıb.  

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstin Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb. Yaralanan fələstinlinin İsrail əsgərlərinin açdığı atəş nəticəsində başına güllə  dəydiyni bildirilir.

Bundan əvvəl İsrail polisi iyulun 14-də Məscid-i Aksada silahlı hücumda iştirak edən 3 fələstinlini öldürmüşdü. Hadisə zamanı yaralanan 2 İsrail polisinin də xəstəxanada öldüyü açıqlanmışdı.

Hadisədən sonra Məscid-i Aksanı ibadətə bağlayan İsrail qüvvələri, Hərəmi Şərifi iki gün sonra açıb, ancaq qapılara metal arama detektorları yerləşdirib.

Fələstin tərəfi bununla İsrailin məscidə nəzarəti ələ almağa çalışdığını iddia edir.