İsraildə Yazıçılar Birliyinin filalı yaradıla bilər

israilde-yazicilar-birliyinin-filali-yaradila-biler
Oxunma sayı: 659

“Qafqaznfo”nun məlumatına görə, İsrail Yazıçılar Birliyinin dəvətilə gerçəkləşən səfərə bu ölkənin Xariji İşlər Nazirliyi dəstək verib.
Azərbaycanlı yazıçılar Təl-Əvivdə, Qüdsdə və Xayfa kimi böyük şəhərlərə səfər edib, bu şəhərlərin görməli yerləri, muzeyləri və memarlıq abidələrilə tanış olublar, həmkarları ilə silsilə görüşlər keçiriblər.
Bu görüşlər zamanı Azərbaycan yazıçılarının İsrail səfəri tarixi hadisə adlandırılıb, iki ölkə arasında ədəbi əlaqələrin inkişafı, əsərlərin qarşılıqlı tərjüməsi və nəşri qərara alınıb.
Bir müddət əvvəl İsrail yazıçılarının hekayələrindən ibarət toplunun Azərbaycanda nəşr olunub yayımlanması da görüşlər zamanı vurğulanıb.
Azərbaycandan və postsovet məkanından İsrailə köçmüş yaradıcı şəxslərlə görüş zamanı bu ölkədə Azərbaycan Yazıçılar Birliyinin filialının yaradılması təklifi irəli sürülüb. Azərbaycan tərəfinin bu təklifi böyük maraqla qarşılanıb.
AYB sədrinin birinci müavini, xalq şairi Fikrət Qoca, Ədəbiyyat Fondunun sədri Nazim İbrahimov, “Azərnəşr”in direktoru Azər Müstafazadə və “Ulduz” curnalının baş redaktoru Elçin Hüseynbəyli səfərdə iştirak ediblər.