İsraildən cümə namazı ilə bağlı- - Qərar

israilden-cume-namazi-ile-bagli-
Oxunma sayı: 1009


“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, İsrail hüquq-mühafizə orqanlarının verdiyi açıqlamada Qüds şəhərində yerləşən Əl-Əqsa məscidində yaşı 50-dən aşağı olan müsəlmanların cümə namazı qılmasına qadağa qoyulduğu bildirilir. 

Səbəb kimi isə yaşı az olan müsəlmanların təhlükəsizlik üçün problem yaratdığı göstərilir. Bu barədə Əl-Əqsa məscidinin müdiri Nacih Bəkirat da faktı təsdiqləyib. Onun sözlərinə görə, İsrail polisi tərəfindən Əl-Əqsa məscidi ətrafında təhlükəsizlik baryeri qurulub və gənclərin məscidə girməsinə icazə verilmir. 

Qeyd edək ki, İsrail polisi üç gündür davam edən “Roş a-Şana” bayramı ilə əlaqədar müsəlmanların Əl-Əqsa məscidinə girməsinə yaş həddi qoyub.