İsraildən gözlənilməz addım - Kraldan dəvət gözləyirlər

israilden-gozlenilmez-addim
Oxunma sayı: 632

İsrailin kəşfiyyat naziri Yisrael Katz Səudiyyə Ərəbistanı kralı Salman bin Əbduləziz Əl Səuda səslənərək baş nazir Benyamin Netanahunu rəsmi səfərə çağırmasını istəyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Katz Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik münasibətlərin yenidən başlamasının lazım olduğunu deyib:

“Kral Salmana səslənirəm. Donald Tramp sizing ölkəni ziyarət edəndə nə qədər qonaqpərvər olduğunuzu gördük. Ona görə baş nazir Netanyahunu da dəvət etməyinizi istəyirik. Öz vəliəhdiniz Məhəmməd bin Salman Əl Səudu da Təl Əvivə göndərə bilərsiniz”.

Qeyd edək ki, İsrailin müdafiə naziri Aviqdor Liberman da bir neçə gün qabaq Səudiyyə Ərəbistanı ilə əlaqələrin bərpa edilməsi üçün çağırış etmişdi.