“İsrailə bilet almayın” - “Eurovision” təşkilatçıları

“İsrailə bilet almayın”
Oxunma sayı: 2108

"Eurovision 2019" mahnı müsabiqəsinin təşkilatçıları fanatlardan İsrailə bilet almamağı xahiş edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə şounun rəsmi "Facebook" səhifəsində məlumat yayılıb:

"Artıq növbəti ildə "Eurovision"un başlanmasını gözləyirsiniz? Biz də. Ancaq hələlik təyyarələrə bilet almayın. Müsabiqənin harada və nə vaxt keçiriləcəyi dəqiqləşənə kimi gözləyin. Rəsmi səhifəmizi izləyin". 

Belə bəyanatın səbəbi kimi bu il qalib olan İsrailin müsabiqəni Fələstin torpaqlarında paytaxt elan etdiyi Qüdsdə keçirəcəkləri ilə bağlı açıqlaması göstərilir. Qaydalara əsasən, "Eurovision" qalib ölkələrin paytaxtında keçirilir. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi