“İsrailin etdiyi səhvdən dönməsini gözləyirik” - Türkiyədən tələb

israilin-etdiyi-sehvden-donmesini-gozleyirik
Oxunma sayı: 646

“Heç bir səbəblə müsəlmanların “Məscidi-Əqsa”ya girişinə qadağa qoyula bilməz”.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin  baş naziri Binəli Yıldırım bildirib.

O deyib ki, Türkiyə İsrailin etdiyi səhvdən dönməsini gözləyir.

Xatırladaq ki, 14 iyulda “Məscidi-Əqsa”da atışma çıxmış, 3 fələstinli və 2 İsrail polisi ölmüşdü. Hadisədən sonra müsəlmanların “Məscidi-Əqsa”ya girişinə qadağa qoyulub.