İsrailin keçmiş naziri İran casusu çıxdı

israilin-kecmis-naziri-iran-casusu-cixdi
Oxunma sayı: 3124

İsrailin keçmiş enerji naziri və millət vəkili Qonen Segev İrana casusluq etməkdə ittiham olunur.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, 1992-1995-ci illərdə nazir postunu tutan Segev "İrana casusluq etmək və müharibə vaxtı düşmənə kömək" cinayət iddiaları ilə həbs edilib. Məlumata görə, keçmiş nazir əvvəlcə Nigeriyadakı səfirlikdə bəzi iranlı nümayəndələrlə bir araya gəlib. Daha sonra isə iki dəfə İrana səfər edərək bəzi şəxslərlə görüşüb. 

Qeyd edək ki, Qonen daha əvvəl də Hollandiyadan İsrailə 30 min narkotik həb keçirməyə çalışdığına görə 5 il həbsə məhkum edilib. O, cəzasının 2 ilini çəkdikdən sonra 2007-ci ildə azadlığa buraxılmışdı.