İsrailin Müdafiə naziri Liberman istefa verdi

israilin-mudafie-naziri-liberman-istefa-verdi
Oxunma sayı: 3067

İsrailin Müdafiə naziri Aviqdor Liberman istefa verəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, artıq nazir partiyadakı tərəfdarlarını bununla bağlı məlumatlandırıb. Libermanın yaxın saatlarda bununla bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, nazir ötən axşam Qəzza zolağında elan edilən atəşkəsə qarşı çıxmışdı.

İsrailin baş naziri Binyamin Netanyahu isə atəşkəsə müdafiə edən açıqlama vermiş, “Həmas”ın silahların susması üçün yalvardığını dilə gətirmişdi. 

***

İstefasını elan edən nazir ölkədə mümkün qədər tez vaxtda növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı çağırış edib.