İsrailin səfirliyi ələ keçirildi

israilin-sefirliyi-ele-kecirildi
Oxunma sayı: 641

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, səfirliyin otaqlarına daxil olan nümayişçilər pəncərələrdən sənədləri küçəyə atmağa başlayıb.

Bir qədər əvvəl, nümayişçilər səfirliyin ətrafındakı divarı dağıdıb, binanın üzərindəki bayrağı cırıblar.

Yaranmış vəziyyətlə bağlı Misirin baş naziri Essam Şərəf nazirlər kabinetinin fövqəladə iclası keçirəcək. Misir polisi də fövqəladə iş rejiminə keçirilib.

İsrailin Misirdəki səfiri ailəsi və səfirlik əməkdaşları ilə birlikdə Qahirəyə gələn İsrailli hərbi təyyarə ilə ölkəni tərk edib.

Nümayişlər zamanı baş verən iğtişaşlarda 448 nəfər xəsarət alıb, bir nəfər ürək tutması nəticəsində dünyasını dəyişib.