“İsrailin tələsinə düşməyin” - Ruhanidən çağırış

“İsrailin tələsinə düşməyin”
Oxunma sayı: 769

İran prezidenti Həsən Ruhani region ölkələrini İsrailin tələsinə düşməmək üçün ehtiyatlı olmağa çağırıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Ruhani “Hizbullah”ın Livan xalqının bir parçası olduğunu və yalnız müdafiə məqsədi ilə silahlandığını deyib:

“ABŞ, Kanada, Avstraliya və bəzi ölkələr “Hizbullah”ı terror təşkilatları siyahısına salıb. Regionun bəzi şahzadələrinin avantürizmi Yaxın Şərqə zərər verəcək”.

Bundan başqa, H.Ruhani ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Söhbət zamanı İran prezidenti fransalı həmkarına deyib ki, İranın İraq və Suriyadakı varlığı terrorla mübarizə ilə bağlı bu hökumətlərin dəvətilə reallaşıb:

“İran regionda hakim olmağı arzu etmir. Fransa məsələlərə real və qərəzsiz yanaşarsa, Yaxın Şərqdə konstruktiv rol oynaya bilər”.

Qeyd edək ki, Fransa Xarici işlər naziri Jan İv le Drian cümə günü Səudiyyə Ərəbistanına səfəri zamanı İranın regionda hegemonluq qurmaq niyyətindən narahat olduğunu söyləmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi