İsrailli nazirdən qıcıqlandırıcı sözlər - “Yaxşı davranırıq”

İsrailli nazirdən qıcıqlandırıcı sözlər
Oxunma sayı: 1875

İsrailin ədliyyə naziri Ayelet Şaked Qəzzada baş verənlərdən danışıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, nazir İsrail əsgərlərinin 61 fələstinlini öldürməsini "onlara çox yaxşı davranırıq" sözləri ilə şərh edib. O, İsraili qətliamda ittiham edən dövlətlərin çox sərt reaksiya göstərdiklərini deyib:

"Bu, əslində xoş deyil, amma buna öyrəşmişik və öhdəsindən gələrik. Təhlükəsizlik qüvvələri çox yaxşı iş görür və hadisələri idarə edir. Fələstinlilərə çox yaxşı davranırıq. Qəzza şəridini yenidən ələ keçirməkdən başqa bizə çarə qalmır".

Şaked bu sözlərinə görə İsrailin Beynəlxalq Cəza Məhkəməsindən qorxmadığını da qeyd edib. 

Nuranə 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi