İşsizlərin nəzərinə

issizlerin-nezerine
Oxunma sayı: 643

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo” ya daxil olan məlumata görə, burada əsas məqsəd işaxtaran vətəndaşın məşğulluq xidməti orqanlarına getmədən elektron məlumat köşklərindən istifadə etməklə ayrı-ayrı müəssisələrdə mövcud olan boş iş yerləri barədə operativ məlumat əldə etmək imkanına malik olmasını təmin etməkdir.

Qeyd edək ki, artıq belə köşklər rayon (şəhər) Məşğulluq Mərkəzlərinin inzibati binalarında, Bakı və Göyçay Regional Peşə Tədrisi Mərkəzlərində, həmçinin respublikanın bir sıra ali təhsil müəssisələrində (Qafqaz Universiteti, Turizm İnstitutu, Bakı Dövlət Universiteti, “Odlar Yurdu” Universiteti, “Təffəkür” Universiteti, “Bakı Biznes” Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və s.) quraşdırılmışdır. Həmin köşklərdə vakansiyalar barədə məlumatlar müntəzəm olaraq yenilənir.