İşsizlik rekord həddə çatdı

issizlik-rekord-hedde-catdi
Oxunma sayı: 644

Anspress-in “Deutsche Welle”yə istinadən verdiyi məlumata görə, bu rəqəm oktyabrdakı 11,7 faizlik rekordu üstələyib. Vahid Avropa valyutası ölkələrində cəmi bir ay ərzində daha 113 min nəfər işini itirib, işsizlərin sayı 18,8 milyon nəfəri ötüb. Bu məlumatı Eurostat statistika xidməti açıqlayıb.

Əmək bazarında ən pis vəziyyət Yunanıstan və İspaniyada yaranıb. Böhran üzündən hər dördüncü əmək qabiliyyətli vətəndaş iş yeri tapa bilmir. İspaniyada işsizlik 26,6 faizə çatıb. Sentyabra olan məlumata görə, Yunanıstanda bu rəqəm 26 faiz təşkil edirdi.