İstanbul derbisində 2 qol, 1 qırmızı vərəqə - Fotolar + Video

İstanbul derbisində 2 qol, 1 qırmızı vərəqə
Oxunma sayı: 2669

Bu gün Türkiyə Super Liqasında 28-ci turun mərkəzi qarşılaşması İstanbulda baş tutub.

“Qafqazinfo” xəbər verir ki, İstanbul derbisində “Fənərbağça” öz meydanında “Qalatasaray”la qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Matçda hesabı 66-cı dəqiqədə Onyekurunun vurduğu qolla “Qalatasaray” açıb. Lakin, bu qoldan 5 dəqiqə sonra Elif Elmas “Fənərbağça”nın bərabərlik qolunu vurub. Bununla da görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Fənərbağça” ikinci hissənin 10 nəfərlə oynayıb. 45-ci dəqiqədə Həsən Əli Kaldırım qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi