“İstanbul məni fəth edən 2-ci şəhər oldu”

istanbul-meni-feth-eden-2-ci-seher-oldu
Oxunma sayı: 649

“Qafqazinfo”ya açıqlama verən model bildirib ki, işləmək üçün Türkiyədən çoxlu təkliflər alıb:

“Türkiyədən mənə modellik sahəsində çalışmaq üçün bir çox təkliflər gəlib. Amma onu deyim ki, hələ də ciddi bir qərara gələ bilməmişəm. Düzünü deyim ki, İstanbul çox xoşuma gəldi, bəlkə də nə vaxtsa, orada qalıb işləyə bilərəm. Əvvəllər Sankt- Peterburqda yaşamışam, İstanbul isə məni fəth edən 2-ci şəhər oldu. Hər şey Allahın əlindədir, qismət olsa mənə gələn təkliflərin hər birini dəyərləndirəcəyəm”.

Məlumat üçün deyək ki, gənc olmasına baxmayaraq Zülfü Azərbaycanda bir neçə iri reklam kampaniyasında, jurnalın üz qabığına və klipdə çəkilib.

Aynur Babayeva