İstanbul mitinqlərinin Aygün Kazımovaya zərbəsi

istanbul-mitinqlerinin-aygun-kazimovaya-zerbesi-
Oxunma sayı: 1678


"Qafqazinfo" xəbər verir ki, bu barədə A. Kazımova açıqlama verib. Müğənni bildirib ki, son günlər Türkiyədə baş verən məlum hadisələr bir çox məşhur müğənnilərin nəzərdə tutulan konsertlərinə təsir edib. İndi də Snup Dogun (Snoop Dogg) İstanbuldakı öz konserti böyük sual altındadır. Hazırda Türkiyədə olan Azərbaycanın xalq artisti Aygün Kazımova bununla bağlı deyib: “İyulun yeddisində gözlənilən konsert böyük sual altındadır. Olacaq, ya olmayacaq? İndi bunu heç kim söyləyə bilməz. İstanbulda baş verən mitinqlərlə bağlı burada bir çox konsertlər təxirə salınır. Misal üçün Tarkan, Handa Yener, Halil Sezai kimi həmkarlarım bu sıradadır. Onların sayı çoxdur. Bir çox dünya ulduzları kimi Snup Dog da çox narahatdır.

Bizim layihəmiz isə aktual olaraq qalır. Xatırladım ki, layihəmiz yox, yalnız və yalnız Beşiktaş İnönü stadionundakı çıxışımız sual altındadır. Bu iki müxtəlif fikirləri qarışdırmayın. Layihəmiz artiq bir həftəyə tamamlanır. Albomun üz qabığında Snupla olan şəklimizdir. Şəkil Hollivudda çəkilib.


Klip tam hazırdır. Alboma həm orijinal həm də on bir əlavə remix daxildir. Remixlər Avropanın və Türkiyənin tanınmış DJlərinə məxsusdur. Eyni zamanda alboma “Coffee From Columbia” mahnısının radio versiyaları da daxildir. Mahnını artıq dünya hiti adlandırmaq olar. Bunu mən demirəm, dinləyənlər deyir.”