İstanbul polisi Taksim meydanından çıxarılıb

istanbul-polisi-taksim-meydanindan-cixarilib
Oxunma sayı: 997

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, polis meydandan çıxarılandan dərhal sonra əraziyə on minlərlə etirazçı toplaşıb.

 

Məlumata görə, polis həmçinin Gəzintiparkını, İstiqlal prospektini və Taksim meydanının bütün ərazisini tərk edib. Ərazidə quraşdırılmış barrikadalar və maneələr yığışdırılıb. Bundan dərhal sonra on minlərlə istanbullu   Taksim meydanına axışıb.

 

Əsas kütlə Taksim meydanında Atatürkün heykəlinin qarşısında və Gəzinti parkının ərazisində müşahidə olunur. 

 

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulun Gəzinti Parkının dağıdılmasına qarşı İstanbulda və digər böyük şəhərlərdə keçirilən etiraz aksiyalarına münasibət bildirərkən bəyan edib ki, Taksim meydanında həyata keçirilən layihə davam edəcək.