İstanbulda hərbi helikopter yaşayış yerinə düşdü - 4 əsgər öldü +Fotolar+Yenilənib

istanbulda-herbi-helikopter-yasayis-yerine-dusdu
Oxunma sayı: 2135

İstanbulda hərbi helikopter qəzaya uğrayıb. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, helikopter yaşayış kompleksinin ərazisinə düşüb. 

Qəza baş verən əraziyə xeyli sayda təcili yardım və yanğınsöndürən cəlb olunub. 

Ölü və yaralılarla bağlı hələlik məlumat yoxdur. 

***

İstanbul valisi Ali Yerlikaya bildirib ki, helikopter məcburi eniş edərkən qəzaya uğrayıb. Dörd yaralı hərbçi xəstəxanaya yerləşdirilib. 

***

Helikopter qəzasında yaralanan hərbçilərin öldükləri açıqlanıb.