İstanbulda İŞİD-ə qarşı əməliyyat - 36 nəfər saxlanıldı

istanbulda-isid-e-qarsi-emeliyyat
Oxunma sayı: 804

Türkiyənin İstanbul şəhərində təhlükəsizlik qüvvəlləri İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən polis eyni zamanda 15 yerdə əməliyyat keçirib. Ümumulikdə 36 nəfər şübhəli saxlanılıb. Onlardan 31-i Türkiyə vətəndaşı deyil.

Araşdırmalar zamanı qruplaşmaya məxsus çoxlu sayda sənəd və virtual materiallar ələ keçirilib.