İstanbulda şiddətli dolu yağır - Hər yer qaranlığa büründü + Video + Fotolar

istanbulda-siddetli-dolu-yagir
Oxunma sayı: 969

İstanbulda bu dəqiqələrdə şiddətli dolu yağır.

“Qafqainfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dolu yağışı zamanı İstanbul səması bir neçə dəqiqə qaranlığa qərq olub və sonra yenidən aydınlanıb.

Fırtına ilə müşayiət olunan dolu yağışı səbəbindən bir sıra yollar bağlanıb, tunelləri su basıb. Güclü fırtınaya görə dəniz səfərləri dayandırılıb.

Dolu o qədər güclü yağıb ki, bir çox avtomobilin şüşələri sınıb.

Rəsmi qurumlar sel ehtimalına qarşı vətəndaşlara diqqətli olmaları və evlərində qabaqlayıcı tədbir görmələri barədə xəbərdarlıq veriblər.