İstanbulda silahlı insident, yaralılar var

istanbulda-silahli-insident-yaralilar-var
Oxunma sayı: 2325

Türkiyədə əsəbiləşən kişi küçədə gəzən insanları güllələyib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə yerli vaxtla 20:30 radələrində baş verib. 

Örnek məhəlləsində qonşusu ilə mübahisə edən şəxs əvvəlcə ona, sonra isə küçədə olan insanlara tüfənglə atəş açıb. Nəticədə 3 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. 

Digər şəxslər də mübahisəyə qoşulduğu üçün kütləvi qarşıdurma yaşanıb. Hadisə yerinə zirehli texnika ilə təchiz edilmiş xüsusi təyinatlılar və çevik polis qüvvələri cəlb olunub. Atəş açan şəxslə birgə bir neçə nəfər saxlanılıb. 

Murad Əhməd