İstanbulda terror planlaşdıran 4 İŞİD üzvü saxlanılıb - Foto

İstanbulda terror planlaşdıran 4 İŞİD üzvü saxlanılıb
Oxunma sayı: 650

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulun mərkəzində terror aktı planlaşdıran 4 İŞİD üzvünü saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Məlumat əsasən, şübhəlilərdən ikisi qadındır. Onlar İstanbulun Bayrampaşa rayonundakı ticarət mərkəzinin dayanacağında həbs edilib. Əməliyyat zaman terrorçulardan birinin ayağına atəş açılıb və xəstəxanaya yerləşdirilib. Digərləri isə İstanbul Polis bölməsinə aparılıb.

Şübhəlilərin avtomobili xüsusi nəzarət altında partladılıb.

Hazırda polis araşdırmalara davam edir.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi