İstanbulda yaşayış binasında güclü yanğın - Yaralılar var + Video

istanbulda-yasayis-binasinda-guclu-yangin
Oxunma sayı: 1188

İstanbulun Bayrampaşa səmtində 4 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə zamanı aşağı mərtəbədəki sakinlər dərhal çölə qaçmağı bacarsalar da, üst mərtəbələrdə 4-ü uşaq olmaqla 7 nəfər köməksiz vəziyyətdə qalıb.

Xilasedicilərin səyləri nəticəsində onları xilas etmək mümkün olub. Dumandan təsirlənən həmin şəxslərdən üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Yanğının səbəbi hələlik məlum deyil.