İstanbuldan Tiflisə uçan təyyarəni ildırım vurub

İstanbuldan Tiflisə uçan təyyarəni ildırım vurub
Oxunma sayı: 25

Atlas Global aviaşirkətinə məxsus İstanbuldan Tiflisə uçan təyyarəni ildırım vurub.

“Qafqazinfo” xəbər verir ki, nəticədə təyyarə Atatürk hava limanına qayıtmaq məcburiyyətində qalıb. 

İldırım vurması təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra baş verib, idarəetmədə çətinlik yarandığını görən pilot geri qayıtmağa qərar verib. Reys bir neçə saatlıq təxirə salınıb. 

İnsident zamanı zərərçəkən olmayıb. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi