İstanbuldan uçan daha bir təyyarəni ildırım vurub

istanbuldan-ucan-daha-bir-teyyareni-ildirim-vurub
Oxunma sayı: 640

Türkiyə Hava Yollarına aid təyyarə ildırım vurması ilə əlaqədar uçuşdan qısa müddət sonra Atatürk aeroportuna geri dönüb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, göyərtəsində 101 sərnişin olan təyyarə Kazana uçmağa hazırlaşırdı. 

Kapitan eniş qərarını verdikdən sonra təyyarə texniki yoxlama üçün anqara aparılıb. Sərnişinlər Kazana digər reyslə uçmalı olublar. 

Xatırladaq ki, ötən gün ildırım vurması nəticəsində İstanbuldan Tiflisə uçan Atlas global aviaşirkətinə məxsus təyyarə də Atatürk hava limanına geri dönmək məcburiyyətində qalmışdı.