“İstanbullu gelin”in qəhrəmanı Bakıda - Fotolar

istanbullu-gelinin-qehremani-bakida
Oxunma sayı: 2631

Türkiyənin məşhur aktyoru Tamer Levent Azərbaycana gəlib. “Qafqazinfo” xəbər verir ki, “İstanbullu gelin” serialının Qaribi ATV kanalında yayımlanan “Məlahətli söhbətlər” verilişinin qonağı olub. 

Aktyorla yanaşı proqramda xalq artisti Mələkxanım Əyyubova da iştirak edib. Əyyubova veriliş zaman çəkilən fotolarını instaqramda yayımlayıb. 

Bundan əlavə, T. Levent də sosial şəbəkədəki səhifəsində bir şəkil paylaşaraq Azərbaycanda olduğunu qeyd edib. O, həmin  fotoya “Azərbaycandan sizlərə “sənətə bəli” deyirəm” şərhini yazıb.