İstanbulun Asiya hissəsinə “AZAL”ın reysləri açıldı

istanbulun-asiya-hissesine-azalin-reysleri-acildi
Oxunma sayı: 646

“Azərbaycan hava yolları” qapalı səhmdar cəmiyyəti Bakı – İstanbul - Bakı reysi ilə İstanbulun Asiya hissəsindəki “Sabiha Gökçen” hava limanına ilk uçuşu reallaşdırıb. Bu barədə AZAL-ın mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli məlumat verib. Xidmət rəisi bildirib ki, bundan sonra uçuşlar həftənin hər günü 160 nəfərlik təyyarə ilə yerinə yetiriləcək.

Aviakompaniya həmçinin həmin reyslərdə baqajın və əl yükünün daşınma qaydalarını da müəyyən edib. Belə ki, biznes sinif üçün qeydiyyatdan keçmiş baqaj - 40 kq-dək pulsuz, əl yükü - 2 yerdən və cəmi 10 kq-dan çox olmamaq şərti ilə, ekonom sinif üçün qeydiyyatdan keçmiş baqaj - 20 kq-dək pulsuz, əl yükü - 1 yerdən və 5 kq-dan çox olmamaq şərti ilə yerinə yetiriləcək. Bir baqaj yerinin çəkisi 32 kq-dan artıq ola bilməz. Normadan artıq baqajın daşınma dəyəri - 1 kq üçün 3 avro təşkil edir. Reysdə tranzit sərnişinlər olduğu halda baqaj yalnız aralıq məntəqəyədək rəsmiləşdirilir.

Biletlərin qiyməti 243 manatdan başlayır.

anspress