İstanbulun məşhur körpüsü Azərbaycan bayrağının rənglərinə bürünəcək

istanbulun-meshur-korpusu-azerbaycan-bayraginin-renglerine-burunecek
Oxunma sayı: 1600

Sabah Türkiyənin İstanbul şəhərindəki Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanacaq.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, aksiya Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə 28 May -Respublika Günü münasibətilə təşkil olunacaq. 

Belə ki, saat 20:00-dan səhər açılana kimi körpü üçrəngli bayrağın işıqlarına boyanacaq.