İstanbulun yeni aeroportundan ilk uçuşlar Bakıya olacaq - Biletlər satılır

istanbulun-yeni-aeroportundan-ilk-ucuslar-bakiya-olacaq
Oxunma sayı: 2123

İstanbulun yeni hava limanından ilk uçuşlar Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə ediləcək.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, bunu Türk Hava Yollarının baş direktoru Bilal Ekçi deyib. O artıq bilet satışlarına başlanıldığını bildirib:

“İstanbul Yeni Hava Limanından Bakıya uçuşlarımız üçün biletlər “web/mobil”dən satışa çıxarılıb. İki qardaş dövləti (Azərbaycan və ŞKTC) salamlayaraq səfərlərimizə başlayırıq”.