İstedadlı əlillərlə bağlı yeni veb-sayt təqdim olunub

istedadli-elillerle-bagli-yeni-veb-sayt-teqdim-olunub
Oxunma sayı: 634

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSM) nazirinin müavini İlqar Rəhimov, nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri, əlil ictimai təşkilatlarının rəhbərləri və yaradıcı əlillər iştirak edib.

Layihə çərçivəsində MDB təcrübəsində ilk dəfə olaraq istedadlı əlillərin sənət nümunələri və onların özləri haqqında məlumatları əhatə edən www.menbacariram.com və www.nobarriers.az saytları yaradılıb, həmçinin, «Mənim möcüzəli dünyam» adlı albom-kataloq nəşr olunub.

Qeyd edək ki, sözügedən layihə dövlət sifarişi əsasında əlillərin sosial reabilitasiyası sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən icra olunan ilk layihələrdən biridir.