İstefa edən baş nazirin yerinə o gəldi

istefa-eden-bas-nazirin-yerine-o-geldi
Oxunma sayı: 2013

İordaniya qiymət artımını nəzərdə tutan mübahisəli vergi qanununa qarşı keçirilən etiraz aksiyalarından sonra istefa verən baş naziri Hani əl-Mülkinin yerinə təyinat olub.

“Qafqazinfo” “Dünya bületteni”nə istinadən xəbər verir ki, Kral II Abdulla yeni hökumət qurmaq vəzifəsini Ömər ər-Rəzzaza tapşırıb.

Kral sarayından verilən açıqlamada ona həsas bir zamanda reformasiya və inkişaf yolunda atılan addımları tamamlamaq öhədiliyi verildiyi bildirilib.

Qeyd edək ki, Ömər ər-Rəzzaz buna qədər təhsil naziri olaraq çalışırdı.