İstefa verən üçüncü nazirdən Ərdoğana - - Şok çağırış+Yenilənib

istefa-veren-ucuncu-nazirden-erdogana-
Oxunma sayı: 5786


 “Qafqazinfo” xəbər verir ki, “NTV”  kanalında canlı yayımda nazir  postundan və millət vəkilliyindən istefa verdiyini açıqlayan ətraf  mühit və şəhərsalma naziri ona qarşı təzyiqlər olmadığını bildirib. 

Nazir Ərdoğan Bayrakdar canlı yayımda baş nazir Rəcəb Tayyib Ərdoğanı da istefa verməyə çağırıb:

"17 dekabr tarixində aparılan əməliyyat sənədlərində şəxsiyyətimi təhqir edən və ya izah edə bilməyəcəyim durum yoxdur. Əlbəttə, cənab baş nazirin istədiyi nazirlə işləmək və ya istədiyini vəzifəsindən azad etmək ən təbii haqqı və səlahiyyətidir. Lakin rüşvət və korrupsiya ifadələrinin də yer aldığı bir əməliyyat üzündən “istefa edin və məni rahatladacaq deklarasiya hazırlayın” şəklində mənə təzyiq edilməsini qəbul etmirəm. Bu gün bizə iki mətn göndərildi. Biri istefa, digəri bəyannamə mətni. İstintaq sənədlərində yer alan və qanunlara uyğun olaraq təsdiqlənən yenidənqurma planlarının böyük hissəsi cənab baş nazirin təlimatı ilə həyata keçilib. Bu səbəbdən nazir postumdan və millət vəkili kürsüsündən istefa edirəm. Cənab baş nazirin də istefa etməli olduğunu ifadə edirəm”.