“İstefaya getməyəcəm” - Yerevan meri

“İstefaya getməyəcəm”
Oxunma sayı: 920

Yerevan meri Taron Markaryan istefaya getməyə hazırlaşmır.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində deyib:

“Dünyanın heç bir yerində görünməyib ki, qalib gələn siyasi qüvvələr yerli özünüidarəetməyə təzyiq göstərsin. Aksiyaçıları etiraza təhrik edirlər. Onları idarə edənlər var. Aksiyaçılar təhlükəsizlik qaydalarını pozaraq meriyanın binasına soxulublar. Biz hüquq-mühafizə orqanlarını lazımi addımlar atmağa çağırırıq”. 

Qeyd edək ki, ötən gün Ermənistanda Taron Markaryanın istefasını tələb edən bir qrup şəxs yenidən meydanlara toplanıb. 

Nuranə 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi