“İstəmirəm”- - Fotolar+Video

istemirem-
Oxunma sayı: 2482


“Qafqazinfo” xəbər verir ki, Tədbirdə gənc müğənninin ifa etdiyi lirik janrda olan “İstəmirəm” adlı mahnıya çəliklən klip haqqında ətraflı məlumat verildikdən sonra, klip nümayiş olunub. Belə ki, mahnının sözləri şair Vahid Əzizə, musiqisi isə gənc bəstəkar ve aranjemançı Fərid Kərimliyə məxsusdur. Klipin rejissoru Orxan Ali, operatoru Afiq Sadıqov, montaj Yasin Ömər və prodüseri Fuad Tekdir.

Tədbirdə səbəbkarın müəllimi, əməkdar artist Teyyub Aslanov, şair Vahid Əziz, əməkdar incəsənət xadimi Ağacəbrayıl Abbasəliyev, əməkdar artist Gülyaz Məmmədova, o cümlədən, prodüser Sayqa Cahid və müğənninin həmkar dostları iştirak ediblər.

Klip nümayiş olunandan sonra qonaqlara söz verilib və onlar Teymur Qədirovu yeni klipi münasibətiylə təbrik edib, ürək sözlərini bildiriblər.

Həmçinin tədbirdə üzərində Teymur Qədirovun şəkli ilə yanaşı, mahnının adı həkk olunan tort qonaqların iştirakıyla kəsilib.

Qeyd edək ki, “İstəmirəm” adlı klip Bakıda fəaliyyətsiz olan çörək zavadunun xarabalığında çəkilib. Klipdə müğənninin tərəfmüqabili olan xanım isə ssenariyə əsasən nakam sevgiylə üzləşən aşiqin xəyalıdır.