“İstəmirəm ki, kimsə haqqımda pis danışsın” - Qurbanov

istemirem-ki-kimse-haqqimda-pis-danissin
Oxunma sayı: 2047

Bu gün “Qəbələ” – “Neftçi” qarşılaşmasında futbolçu Ruslan Qurbanov birinci hissədə meydana daxil olandan sonra hakim yanlış qərar verib. Belə ki, top ondan çıxsa da hakim bunu “Neftçi”nin futbolçusundan çıxmış kimi künc zərbəsi təyin edib və bu, qol hesab olunub. Bu qərar azarkeşlərin hakim və R. Qurbanova qarşı etirazına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “Qəbələ”nin futbolçusu məsələ ilə bağlı açıqlama verib.

“Mən futbolçuyam və vəzifəm futbol oynamaq, komandama xeyir verməkdir. Bəli, top məndən meydanı tərk etmişdi. Ancaq bu, mənim səhvim deyil. İstəməzdim ki, buna görə hakimə ziyan dəysin. Penaltiyə gəlincə, yaxınlaşıb topu qapıya vurdum. Çünki bu mövsüm hələ fərqlənməmişdim. Hücumda oynadığım üçün vəzifəm qol vurmaqdır. Bu, mənim bu il ilk qolumdur. Uzun illər “Neftçi”də oynamışam. Bu komandaya, azarkeşlərinə, rəhbərliyinə hörmət edirəm. İstəmirəm ki, kimsə mənim haqqımda pis danışsın. Mənə elə gəlir ki, hər kəs başa düşəcək ki, bu, futboldur və mənim məqsədim hər oyunda qalib gəlməkdir”, - deyə Ruslan Qurbanov bildirib.