“İstəyirəm ki, qızlar özlərinə inansınlar”

isteyirem-ki-qizlar-ozlerine-inansinlar
Oxunma sayı: 635

“Qafqazinfo” xəbər verir ki, əməkdar məşqçi Yaqub Məmmədov 2013-cü il üçün komandanın hədəfləri və qarşıdan gələn yarışlar haqqında məlumat verib.

“Qarşıda yığma komandanın iştirak edəcəyi iki beynəlxalq turnir var. Bolqarıstanda və Belarusiyada keçiriləcək turnirlərdən sonra yığma komandanın Avropa çempionatında iştirak edəcək heyətini müəyyənləşdirəcəyik. Yığma komanda ötən ilki Dünya çempionatında ilk səkkizlikdə yer ala bilmədiyindən bu il Dünya Kuboku yarışlarında iştirak etməyəcəyik. Komandaya yeniyetmələrin Dünya çempionatında fərqlənən gənc güləşçiləri də cəlb etmişik. Onlar öz güclərini göstərərək komandanın liderlərini əvəz edə bilərlər. İnanıram ki, komandada uzun müddətdir hazırlıq keçən Anna Belyayeva, Dina İvanova, Natalya Palamarçuk və digərləri öz güclərini göstərəcəklər. Mən istəyirəm ki, qızlar özlərinə inansınlar. Komandanın liderlərinin müvəqqəti yoxluğundan istifadə edib onlar yüksək nəticələr əldə edə bilərlər. Bizim əsas məqsədimiz ən azı ötən ilki nailiyyətləri təkrarlamaq və mümkün olduğu qədər nəticələri daha da artırmaqdır”.