İsti 1910-cu ildə olan sutkalıq rekord göstəricisini keçib

isti-1910-cu-ilde-olan-sutkaliq-rekord-gostericisini-kecib
Oxunma sayı: 656

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 25-29 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, sabah Azərbaycanın əksər rayonlarında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.

Mayın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, mayın 12-13-də atmosfer təzyiqinin normadan bir qədər aşağı enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Qeyd edək ki, 9 may 2012-ci il tarixində Bakıda orta sutkalıq temperatur iqlim normasından 6.6 dərəcə yuxarı olu, havanın maksimal temperaturu isə Bakıda 27.6 dərəcə isti təşkil edib ki, bununla da 9 may 1910-cu il tarixində olan sutkalıq rekord göstərici (26.6 dərəcə) yenilənib.

Nigar Məmmədli