İsti hava son 200 ilin rekordunu qırır - Rəqəmlər açıqlandı

isti-hava-son-200-ilin-rekordunu-qirir
Oxunma sayı: 3679

Amerika Atmosfer İdarəsi son illərdə havaların isti keçməsi ilə bağlı aparılan araşdırmaya uyğun hesabat açıqlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hesabatda qlobal istiləşmənin səbəb olduğu fəsadlar və iqlim dəyişikliyi ilə bağlı təhlillər yer alıb.

Məlumata görə, meteoroloji proqnozların qeydə alınmağa başlandığı 19-cu əsrin sonlarından bu vaxta qədər ən isti havalar son 4 ildə yaşanıb.

65 ölkədən 500 mütəxəssisin iştirakı ilə hazırlanan 300 səhifəlik hesabatda qeyd olunub ki, 2017-ci il son 200 ildəki ən isti illərdən biri olub. Bunun nəticəsində planetimizdə karbondioksid və metan qazının miqdarı artıb. Dəniz suyunun ümumi səviyyəsi isə 1993-cü illə müqayisədə orta hesabla 7,7 sm yüksəlib.

Bundan başqa, qütblərdə buz təbəqələrinin ərimə prosesinin də sürətləndiyi qeyd olunub.