İstilər davam edəcək

istiler-davam-edecek
Oxunma sayı: 648

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 22-27, gündüz 34-38 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 37-39, bəzi yerlərdə 41, dağlarda gecə 14-18, gündüz 27-32 dərəcə isti olacaq.

Eldar Tanrıverdiyev